Nəbatat bağına ekskursiya

Mayın 18 – də 6 “A”sinif şagirdləri biologiya müəllimi G.Xəlilova,coğrafiya müəllimi M.Səfərova və sinif rəhbəri T.Rəsulovanın təşkilatçılığı ilə Nəbatat bağına ekskursiyaya getmişlər.Şagirdlər burada nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri ilə, örtülü şəraitdə becərilən bitkilər laboratoriyası ilə, çiçəklik laboratoriyası ilə tanış olmuşlar.Endemik bitki növü sayılan Eldar şamını,həmşəyaşıl ağac növləri,əyani olaraq həşaratlar vasitəsilə çiçəklərdə gedən tozlanmanı müşahidə etmişlər.Azərbaycanın zəngin təbiətinin gözəlliyi,füsunkarlığı şagirdlərdə milli iftixar hissini formalaşdırmağa xidmət etmişdir.