İsmayıl Şıxlı yaradıcılığına səyahət

Mayın 20 – də liseyin kitabxanasında İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar 9”A” sinif şagirdləri ilə yazıçının yaradıcıllığına səyahət edildi.Şairin “Namərd gülləsi” ,“Məni itirməyin”, “Ölüləri qəbirsanlığda basdırın” hekayələrini oxuyan şagirdlər kitabxana müdiri ,dil -ədəbiyyat müəllimləri ilə əsərlərin ideya – məzmununu, mövzusunu müəyyənləşdirib obrazları,onların düşdüyü vəziyyəti və buna oxucu – yazıçı münasibətini müzakirə etdilər.Fikir ayrılıqları ilə keçirilən gərgin mübarizədə şagirdlərin fəallığı,marağı onu sübut etdi ki,İsmayıl Şıxlı qələmi, hadisələrə fərqli münasibəti illər keçməsinə baxmayaraq, hələ də oxucuların maraq dairəsindədir.