Imadəddin Nəsiminin "Hardasan"qəzəli müsabiqədə
Mayın 15 – də 3 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Həq mənəm, həq məndədir,həq söylərəm” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir.Müsabiqədə iştirak edən Nəsimi rayonu məktəbliləri İ.Nəsiminin müxtəlif qəzəllərindən nümunələri ifa etmişlər.BU müsabiqədə liseyin 10”A”sinif şagirdi M.Mirzəyeva şairin “Hardasan”qəzəlini ifa etmiş və diploma laiq görülmüşdür.