Şahinlərimiz Qələbə tədbirində

            . II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə tədbir keçirilmişdir.Tədbirdə liseyimizin “Şahinlər “komandası da iştirak etmişdir.“Şahinlər”in ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş,bütün  rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Daha sonra 1941-1945 abidəsinin  önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, şagirdlər, tədbirdə iştirak edən qonaqlar  abidənin önünə tər çiçəklər düzmüşlər..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi