Nəsimiyə aid dərslərimiz

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan,poeziyamızda yeni,çox əlamətdar bir dövrün başlanğıcı olan,Azərbaycan dilini ədəbi – bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsinə 7”A” sinif şagirdləri ilə səyahət etdik.Nəsimi yaradıcıllığını şagirdlərə tanıtmaq və sevdirmək məqsədi ilə keçirilən bu dərsdə şagirdlər fəallığı ilə seçildilər.Q.Nilufərin “İ.Nəsimi və din”mövzusunda apardığı araşdırma,Q Ayşənin “İ.Nəsimi və hürufilik” adlı məqaləsi sinif yoldaşları tərəfindən böyük həvəslə qarşılandı.A.Zeynəb,N Əsibə M.Rəsul, X.Qələmnazın ifasında Nəsimi qəzəlləri dinlənildi.C.Ziyanın hazırladığı slaydlar böyük maraqla izlənildi.Slaydlarda İ.Nəsiminin həyat və yaradıcıllığı,"Nəsimi" filmindən fraqment,dahi şəxsiyyət haqqında məşhur alimlərin söylədiyi fikirlər yer almışdı.Könüllər fatehi olan Nəsimiyə həsr olunmuş dərsdə şagirdlər dahi şəxsiyyətin ölümü ilə ölməzliyi təsdiq etdiyinə,ölməzliyin rəmzi olduğuna və gələcək nəsillər tərəfindən daim iftixarla yad olunacağına əmin oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi