İslami dəyərlərimizi qoruyaq

Mayın 2 – də “ İslami dəyərlərimizi qoruyaq”mövzusunda tədbir keçirildi.Tədbirdə 8,9,10,11 – ci sinif şagirdləri,müəllimlər,kitabxana müdiri,psixoloq,hərbi rəhbər,direktor müavinləri iştirak etdilər.İslam dininin hümanist mahiyyəti haqqında danışıldı,sülh və əmin – amanlığa,saf əxlaqa,mərhəmət və şəfqətə,müxtəlif mədəniyyətə, elm və inkişafa çağırış dini kimi dəyərləndirildi.İslamın görkəmli şəxsiyyətlərindən, onların mənəviyyat ,vətən təcəssümü,elm ,təhsil haqqında ibrətamiz fikirlərindən söhbət açıldı.Dini hadisə, mərasim və bayramların sosial – ictimai və mənəvi mahiyyətindən liseyin riyaziyyat müəllimi R.Həsənli danışdı.Liseyin psixoloqu şagirdlərə dini ekstremizm və ayrıseçkilik çağırışlarına qarşı gənclərin kor- koranə inanmamasından ,dini fanatizm,dini radikal meyllərin, məzhəb ayrıseçkiliyinin zərərli nəticələrindən söhbət açdı.Tərbiyə işləri üzrə direktor müavini A.Nəbiyeva dini – xürufat , ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərdən danışdı.C.Məmmədquluzadənin “Ölülər “tragikomediyasının motivləri əsasında çəkilmiş “Qəm pəncərəsi” filmindən fraqmentlər göstərildi .M.Ə.Sabirin,S.Ə.Şirvaninin,M.F.Axundzadənin və s.mütəfəkkirlərin əsərlərindən nümunələr gətirildi.