Liseyin qiraət müsabiqəsi keçirildi

Aprelin 24 – də liseydə İmadəddin Nəsiminin 650 illiyi münasibətilə “Məndə sığar iki cahan” adlı bədii qiraət müsabiqəsi keçirildi.Müsabiqədə liseyin 7,8,9, və10 –cu sinif şagirdləri iştirak etdilər.Şagirdlər müxtəlif mövzulu qəzəlləri ifadəli şəkildə ifa etdilər.Liseyin tərbiyə işləri üzrə direktor müavini, ədəbiyyat müəllimləri, kitabxana müdiri,UBTR – dən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilən şagirdlərdən 10”A”sinif şagirdi M.Mirzəyeva İ.Nəsiminin "Hardasan" qəzəlinin gözəl ifadə tərzinə görə birinci yerə laiq görüldü.Digər ifaçılardan M. Kənan, R.Asiman, B.İlkin, M.Rəsul fərqlənərək diploma laiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi