Şagirdimiz Sankt - Peterburqda 3 - cü yer tutdu

20 -22 aprel 2019-cu ildə Sankt-Peterburq şəhərində "Özündə alimi kəşf et" VI Ümumrusiya elmi-innovasiya konfransı keçirilmişdir.Konfransda liseyin 9"A" sinif şagirdi Əli Bağırov Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə ilə birgə riyaziyyat-informatika seksiyası üzrə "Ortalaşmış ölçmələr əsasında siniflərin sərhəddinin təyini "adlı layihə ilə ölkəmizi təmsil etmiş, III yerə layiq görülmüşlər.
Konfransda Rusiyanın 71 regionundan və MDB ölkələrindən 2000-dən çox məktəbli iştirak etmişdir.Onu da qeyd edək ki,final mərhələsində 450 məktəbli 21 seksiya üzrə müxtəlif elmi layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.
Konfrans Sankt-Peterburq Təhsil Komitəsi, Sankt-Peterburq Dövlət Aqrar Universiteti Sankt-Peterburq Dövlət Texnoloji Universiteti və Elm və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.