"Oxu Günü"ndə iştirakımız

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibəti ilə Azərbaycan Respublikası Təhsil naziri C.Bayramovun 4 mart 2019 – cu il tarixli F – 103 nömrəli əmrinə əsasən “Oxu günü” adlı tədbir keçirildi.Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə liseyin 5 və 6 – cı sinif şagirdləri sinif rəhbərləri ilə birgə iştirak etmişlər.”Oxu günü" çərçivəsində”şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında,mənəvi aləminin zənginləşməsində,bədii təxəyyülün,obrazlı,məntiqi təfəkkürün inkişafında kitabın mühüm rolu təbliğ olunmuşdur.