Referat müsabiqəsinin qalibi olduq

Aprel ayının 10-da Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekun mərhələsi keçirildi.Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi,humanitar məsələlər və dini qurumlar iş şöbəsinin müdiri Elmin İmanov,Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva,Nəsimi rayon məktəb direktorları,tarix müəllimləri və şagirdlər iştirak edib.Qonaqlar ilk öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları sərgi təqdimat ilə yaxından tanış oldular.Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı referat - məktəblilərin hazırladığı təqdimatlar təqdim edildi. Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə Fəxri Fərmanlar və müsabiqədə fəal iştirak edən məktəblilərə isə Təşəkkürnamələr təqdim olundu.Tədbirdə liseyin tarix müəllimi S.Allahyarova münsiflər heyətində ,8”A” sinif şagirdi İ.Bayramov “Tunc dövrü” mövzusunda referat işi ilə iştirak edirdilər.10 ən yaxşı referatdan biri də İ.Bayramovun referatı oldu.Həm şagirdimiz ,həm də müəllimimiz diploma layiq görülmüşlər.
.
.