Z.Tağıyevin ev muzeyində

        Aprelin 10-da  5”D” sinfinin şagirdləri  dil-ədəbiyyat müəllimi G.Hüseynovanın təşkilatçılığı ilə Hacı Zeynəlabdin Tağıyevin ev muzeyində oldular.H.Z.Tağıyevin iş kabineti,yemək otağı,məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı ilə tanış olublar.Şagirdlər Hacının kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu,məlumat kitabları, ensiklopediyalar haqqında məlumat əldə etmiş, Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şahın,Rusiya imperatoru II Nikalayın portretləri ilə yaxından tanış olublar.Burada şagirdlər Z.Tağıyevin özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar,  royal,  zalın tavanına yazılmış Quran ayələri  nəhəng çil-çıraq və güzgülərə maraqla tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi