10 milyon olduq

        Aprelin 7-də Nəsimi Rayonu İcra Hakimiyyəti tərəfindən 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə möhtəşəm tədbir keçirildi.Tədbirdə rayonun 200-dən artıq  orta məktəb şagirdləri və gənclərinin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirildi. Liseyin şagirdlərinin də iştirak etdiyi fləşmob gənclərin, məktəblilərin və  parkda istirahət edənlərin böyük marağına səbəb oldu. Sonra rəngarəng şarlar havaya buraxıldı. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonda fəaliyyət göstərən  2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi