Aprelin 4-də “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin 1-ci mərhələsi keçirildi. Müsabiqə 9, 10, 11 –ci sinif şagirdləri arasında təşkil edildi. Şagirdlər üç komanda “Elektron”, “Neytron” və ”Proton”olmaqla müsabiqəyə qatıldılar. Müsabiqədə şagirdlər 1 saat 30 dəqiqə ərzində məktəb proqramı çərçivəsində 30 test sualı və 2 məsələni həll etdilər. Müsabiqənin nəticələri məktəbin fizika müəllimlərindən ibarət komissiya tərəfindən yoxlanılıb, müzakirə edilib təhlil olundu. Qalib olmuş “Elektron” komandası ikinci mərhələdə iştirak etmək hüququ qazandı.