Böyük zəfərin başlanğıcı

Aprelin 2-də tarixə dördgünlük müharibə kimi düşmüş Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi.Tədbir himnin oxunması ilə başladı və şəhid olmuş igid oğullarımızın xatirəsi birdəqiqəlik sükutla anıldı .Liseyin hərbi rəhbəri C.Carşıyev çıxış edərək bu döyüşlərdə azad olunmuş Tərtər rayununun Talış kəndi ətrafındakı yüksəkliklər ,Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi ,Cocuq Mərcanlı ,Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri haqqında şagirdlərə ətraflı məlumat verdi.Erməni ordusunun 500-dən çox erməni qulluqçusunun,30-dan çox tankının və zirehli texnikasının ,25-dən çox artilleriya qurğusunun sıradan çıxmasını qeyd etdi .Aprel döyüşləri və bu döyüşlərdə həlak olmuş şəhid oğullarımızın qələbəsi ,ümumiyyətlə ,Milli Ordumuzun qələbəsi kimi ,böyük zəfərin baçlanğıcı kimi şagirdlərə təbliğ olundu.