31 Mart soyqırımı anıldı

Martın 29 – da liseyin tarix müəllimi S.Allahyarova 31 Mar-t Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda 8”A” sinifində mühazirə xarakterli xüsusi dərs keçirdi.1918 – ci ilə həsr olunmuş slayd göstərildi, eyni zamanda mart qırğını haqqında ətraflı məlumat verildi.Dərs zamanı şagirdlərin Daşnaksütün partiyasının terrorçu addımı ilə bağlı suallar cavablandırıldı.Müxtəlif rayonlarda baş vermiş insan qurbanlarının statistik sayı göstərildi və dağıdılmış memarlıq abidələri haqqında məlumat verildi.