Təhsildə sahəsində islahatlar

Martın 27 – də Liseyin tarix müəllimi S.Allahyarova 8”A”sinifində “Ölkəmizdə sosial – iqtisadi sahələr üzrə,o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri”mövzusunda seminar keçirdi.Şagirdlərin təqdimatları və çıxışlarında Ulu öndər Heydər Əliyevin başladığı və cənab İlham Əliyevin davam etdirdiyi sosial – iqtisadi islahatlar,əhalinin güzaranının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər ön plana çəkildi.Eyni zamanda təhsil sahəsində edilən yeniliklərdən danışıldı.Yeni tikilmiş ictimai binalar,abadlıq işləri,tarixi memarlıq abidələrinin bərpası və qorunması məsələləri müzakirə edildi.