Şirvanşahlar sarayına və İçərişəhərə ekskursiya

Liseyin 5”D” sinif şagirdləri dil - ədəbiyyat müəllimi G.Hüseynovanın təşkilatçılığı ilə Şirvanşahlar sarayına və İçərişəhər dövlət qoruğuna ekskursiyaya getmişlər.Şagirdlər Şirvanşahlar sarayını böyük maraqla gəzmiş,Azərbaycan tarixi ilə yaxından tanış olmuşlar.15 – ci əsrdə tikilmiş bu saray öz möhtəşəmliyi ilə şagirdləri valeh etmiş,buradakı Divanxana,Şirvanşahlar türbəsi,Şah məscidi,Saray hamamı,saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları uşaqların böyük marağına səbəb olmuşdur. Şagirdlər İçərişəhərdə yerləşən tarixi – memarlıq abidələri ilə tanış olmuş və buradakı abidələr haqqında geniş məlumat əldə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi