Dəyirmi masa keçirildi

Uşaq və Yeniyetmələrdə ölkəmizdə baş verən ictimai – siyasi və sosial hadisələrə,qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması üçün liseydə müxtəlif tədbirlər keçirilir.Belə tədbirlərdən biri də martın 27 - də liseyin coğrafiya müəllimi M. Səfərovanın təşkil etdiyi dəyirmi masa oldu."Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi və “Ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi,o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər”mövzularını əhatə edən müzakirələrdə liseyin həm rus,həm Azərbaycan bölməsinin şagirdləri fəal iştirak etdilər.Şagirdlər təqdimat və çıxışlarında “Trans – Anadolu Qaz Boru kəməri,Bakı – Tiflis – Qars dəmiryolu,(TANAP),Trans Adriatik Boru kəməri (TAP)Avropa və Asiyanı birləşdirən Böyük İpək yolu,Heydər Əliyev adına Beynəlxalq Hava limanı haqqında geniş məlumat verdilər.Qaçqın və məcburi köçkünlərə dövlət qayğısından əsaslı faktlarla bu kateqoriyadan olan insanların həyat səviyyəsinin xeyli yaxşılaşdırılmasını dönə - dönə vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi