Lisey bayram tədbirində

        Martın 19 da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini,milli – mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.Bayram tədbirində Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi,rayonun hüquq – mühafizə orqanlarının,təhsil,səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri,rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.Tədbir iştirakçıları əvvəlcə rayonun təhsil məktəbəqədər müəssisələrinin və bədii özfəaliyyət kollektivlərinin hazırladıqları xalqımızın adət - ənənələrini özündə əks etdirən rəngarəng sərgilərlə,Müstəqil Azərbaycanımızın ayrı – ayrı bölgələrinin Novruz ənənələri və mətbəxləri ilə tanış olmuşlar.Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon sakinlərini təbrik edərək qeyd etdi ki,Novruz xalq bayramıdır.Novruz həyatın yenilənməsi,dirçəlişinin rəmzidir.Yer üzünə təravət,yeni ab – hava,torpağa yeni həyat bəxş edir.Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Bildirdi ki,Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən,Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli – mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülmüşdür.Tədbirdə lisey Gəncə - Tovuz mətbəxinə aid ləziz təamları ilə bəzənmiş,milli adət - ənənələrimizi əks etdirən zəngin sərgisilə iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi