Balacaların Novruz şənlikləri

            Liseyin həm rus,həm Azərbaycan bölməsinin şagirdləri milli adət - ənənələrimizi özündə əks etdirən bayram şənlikləri keçirdilər.Bir – birindən maraqlı milli rəqslərimiz,bahar nəğmələri,Novruz atributlu xonçalar,xalqımızın  həyat və məişətini əks etdirən qədim əşyalar liseydə əsl bayram əhval – ruhiyyəsini yaşatdı.3”C” sinfinin müəllimi T.Məcidovanın hazırladığı "Novruz kompozisiyası" Kosa,Keçəl,Bahar qız,rəngarəng rəqslər,şeirlər, məzəli oyunlarla yadda qaldı.Liseyin rus bölməsinin sinif müəllimi N.Xanalıyevanın təşkilatçılığı ilə və 4”B” sinfinin hazırladıqları “Arşın mal alan" rəqsi,Novruza aid şeirləri ,mahnıları onların da bu bayrama böyük həvəs və sevinclə qatıldıqlarını göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi