Yel çərşənbəsi qeyd olundu

Martın 12 – də liseydə Yel çərşənbəsi və Novruz bayramı qeyd olundu.Bayram şənliyində liseyin şagird və müəllim kollektivi,valideynlər iştirak etdilər.Şagirdlərin bahar ətirli nəğmələri,rəqsləri, Kosa və keçəlin,Bahar qızın gəlişi şənliyi daha da rəngarəng etdi.Bir – birinə papaq atan, yumurta döyüşən şagirdlər bayram xonçalarının ləziz təamları ilə bəzədikləri stolların ətrafında əyləndilər,əsl bayram əhval - ruhiyyəsini yaşadılar.Liseyin həyətində bayram tonqalı alovlandı.Tədbirin sonunda şagirdlər tonqalın ətrafında yallı getdilər.