Martın 7-də liseydə “Yol hərəkəti təhlükəsizliyi"nə və Qadınlar günü"nə həsr olunmuş tədbir keçirildi”. Tədbirdə liseyin direktoru, müəllimləri, şagird və valideynləri iştirak edirdi. Liseyin ibtidai sinif müəllimləri T. Məcidovanın, N. Xanalıyevanın təşkilatçılığı ilə 3”C” və 4”B” sinfinin şagirdləri rəngarəng mahnıları, şeirləri, rəqs və səhnəcikləri ilə onları izləyən müəllimlərə və analara əsl bayram əhval-ruhiyyəsi yaşatdılar. Tədbirin sonunda şagirdlərə diplom verildi.