Mülki Müdafiə Günü keçirildi

Martın 1-də liseydə Ümumdünya Mülki Müdafiə Günü keçirildi. Həyəcan siqnalı verildi, şagird və müəllimlər təxliyyə olundu. Mülki Müdafiə tədbirləri haqqında şagirdlərə məlumat verildi. Həm rus, həm Azərbaycan dilində şagirdlərə fövqaladə hadisələr zamanı necə davranmaları izah olundu. Müəllimlərdən N. Xanəliyeva, E. Səmədova, liseyin hərbi rəhbəri C. Carçıyev əlehyqaz, onun istifadəsi qaydaları və vaxtı, ilk tibbi yardımın göstərilməsi haqqında geniş izahat verdilər.