İçərişəhərə ekskursiya

Fevralın 27-də Təhsil nazirliyi tərəfindən İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olundu. Ekskursiyada həm rus, həm Azərbaycan bölməsinin 4-cü siniflərindən 60 şagird və sinif rəhbərləri iştirak etdi. Şagirdlər İçərişəhər Tarix- Memarlıq Qoruğunu, Şirvanşahlar Muzey Kompleksini, Qız qalasını gəzdilər, Azərbaycan memarlığının nadir sənət nümunələri ilə tanış oldular.