Balaca aktrisamız

            Fevralın 25-də Gənc tamaşaçılar teatrında Xocalı faciəsinə həsr edilən “ Ünvansız qatar” adlı tamaşanın premyerası olmuşdur. Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC Yaradıcılıq Mərkəzi) tələbələri tərəfindən səhnələşdirilən tamaşada xalqımızın başına gətirdikləri faciələrdən, dinc insanların öz ata-baba yurdlarından didərgin düşmələrindən danışılır.Tamaşanın Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunduğunu vurğulayan yazıçı-dramaturq, şagirdlərin və  tələbələrin yüksək peşəkarlıqla canlandırdıqları səhnələrdə tamaşaçılara həmin faciəni bir daha xatırlatdıqlarını, o anları bir daha yaşadıqlarını bildirib. Liseyimizin 3"C" sinif şagirdi Mirzəzadə Ayan həmin tamaşada 9 yaşlı Ayla adlı məktəbli obrazını canlandırmışdır. Tamaşadan sonra çıxış edən rektor Ədalət Muradov şagirdlərin və tələbələrin obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək yaradıcı heyətin əməyini yüksək qiymətləndirib. Rektor tamaşanı Xocalı soyqırımı qurbanlarının , Qarabağ şəhidlərinin ruhu qarşısında etiraf adlandırıb, onların günahsız qanlarını yerdə qalmayacağını vurğulayıb. Ədalət Muradov dövlət başçısı Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunacağına, Azərbaycan ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə əminliyini ifadə edib.

“ Ünvansız qatar “ tamaşasının uğurlu premyerasına görə UNEC Yaradıcılıq Mərkəzinin üzvü Mirzəzadə Ayan fəxri fərmanla təltif olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi