İlk dərsimiz Xocalı

Fevralın 26 - da liseydə ilk dərslər Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olundu.Himn oxundu, faciə qurbanlarının xatirəsi sükutla yad olundu. Xocalının işğaldan əvvəlki vəziyyəti, iqtisadiyyatı, coğrafiyası, təhsili, əhali sayı haqqında şagirdlərə məlumat verildi. Doğma torpağının azadlığı uğrunda şəhid olmuş, görünməmiş vəhşiliyin, amansızlığın dəhşətlərini yaşayan həmvətənlərimizin faciəsi videosujetlərdə, kadrlarda əks olundu. Bu azğınlığın hələ də dünya dövlətlərinin əksəriyyəti tərəfindən rəsmi olaraq tanınmaması ürək ağrısı ilə qeyd olundu. Buna görə də yetişən gənc nəslin bütün yaşadığımız haqsızlıqların dünyaya çatdırılmasında daha böyük rolu olacağı, onların üzərinə daha çox məsuliyyət düşəcəyi vurğulandı.