Xocalı harayı adlı tədbir

19. 02. 2019 - da liseydə Xocalı faciəsinin iyirmi yeddinci ildönümü həsr olunmuş silsilə tədbirlər keçirildi. Divar qəzetləri, bukletlər, fotostendlər və guşələr hazırlandı. “Xocalıya gedən yol” mövzusunda mühazirələr dinlənildi, dəyirmi masa və konfranslar təşkil olundu. Xocalı faciəsi uşaqların yaradıcılığında öz bədii əksini tapdı. Bu mövzuda yazılmış şeirlərdən ibarət qiraət gecələri keçiridi, sərgilər yaradıldı. Fevralın 26-da liseydə “Xocalı harayı” adlı ədəbi-bədii kompazisiya keçirildi. Tədbirdə liseyin 5"A", 6"A", 9"A", 10"A" sinif şagirdləri və müəllimlər iştirak edirdi. Faciə qurbanlarının xatirəsi sükutla anıldı. Şagirdlərin ifasında bədii parçalar səsləndirildi. , videosujetlər göstərildi. 25. 02. 2019- cu il tarixdə liseydə 6"B" sinif şagirdləri və müəllimlər Ana harayı abidəsini ziyarət etdilər.