Sağlam gələcək naminə

            22. 02. 2019 - da liseydə Nəsimi Rayonu Polis İdarəsinin rəisi polis polkovniki Əbülfət Rzayev və şöbənin digər əməkdaşlarının iştirakı ilə “ Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi. Tədbirdə şöbənin rəisi Əbülfət Rzayev “Müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq”, “Dini radikalizm”, “Narkomaniya əsrin bəlasıdır”, “Yol hərəkətini pozan piyadaların yaratdığı qəza vəziyyəti” və s. mövzularda çıxış etdi. Gənclərin narkotik vasitələrin istifadəsindən yaşadığı fəsadların, gələcəyimizin necə böyük bəlalara düçar olmasının qarşısını almaq üçün belə maarifləndirici tədbirlərin təhsil müəssisələrində tez-tez keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı. Həkimin çıxışında insan sağlamlığının narkotiklə necə zəhərlənməsi, asılılığın yaranması, onun əldə olunması üçün zorakılığa,  cinayətə, qarətə qətllərə və s. hadisələrə səbəb olacağı ətraflı şərh olundu. Tədbiri liseyimizin 3A sinif şagirdləri və ibtidai sinif müəllimi Mətanət Süleymanovanın təşkilatçılığı ilə hazırladıqları ədəbi- bədii kompazisiya daha da maraqlı etdi. Şagirdlər yol nişanları, nəqliyyatın müxtəlif növləri və yol hərəkəti ilə bağlı ibrətamiz, əyləncəli səhnəciklər göstərdilər, mahnılar ifa etdilər. Tədbir iştirakçıları və qonaqlarımız şagirdlərimizin çıxışlarından zövq aldılar
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi