Ana dili Günümüz

            21.02. 2019 – cu il tarixdə liseyimizdə “Beynəlxalq Ana dili Günü”qeyd olundu.Ana dili dərslərimiz bu mövzuya həsr olundu.Liseyin dil - ədəbiyyat müəllimləri və kitabxana müdiri S.Rzayevanın təşkilatçılığı ilə “Ana dilim şirindir" mövzusunda şeir müsabiqəsi keçirildi.Şagirdlərimizin ifasında söylənən şeirlərdə dilimizin şirinliyi,müqəddəsliyi,qədimliyi dil açıb danışdı.7A sinif şagirdləri M.Xəlilov Z.Allahverdiyeva şeirlərin intonasiya ilə ifasında digər iştirakçılardan fərqləndilər. Liseyimizin dil - ədəbiyyat müəllimi İ.Cabbarovanın Ana dili dərsi də maraqla keçdi.Dərsdə H.Əliyevin Ana dilimiz haqqında kəlamları görkəmli şair və yazıçılarımızın fikirləri, misraları səsləndirildi.Ana dilimizin saflığının qorunması mövzusunda debat keçirildi.Varvarizmlərin işlənməsinin,dilə yad əcnəbi dil ünsürlərinin daxil olması və buna yol verən hallar pisləndi.Dərsdə iştirak edən dil - ədəbiyyat müəllimləri,rəhbərlik dərsdən razı qaldılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi