Valideynin liseydə bir günü

        20.02.2019 – cu il tarixdə liseyimizdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Valideyinin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi.Layihə öz işinə saat 9:00 da başladı.Liseyin akt zalında tədbirin rəsmi açılışı oldu.Liseyin direktoru A.Hacıyeva tədbiri açıq elan edərək valideynləri salamladı.Layihənin proqramı ilə onları tanış etdi.Daha sonra valideynlərimiz liseyimizlə əyani tanış olmaq üçün sinif otaqlarını,idman zalını,linqafon otağını,laboratoriyaları,kitabxananı gəzdilər.Bu gün liseyimizdə üçüncü saat dərslərdə valideynlər iştirak etdilər.Dərs müşahidələrindən sonra seminar təşkil olundu,müzakirələr aparıldı.Rəy və təkliflər dinlənildi.Valideynlər ayrı - ayrı fənn müəllimləri ilə görüşdülər,şagirdlər haqqında onlardan məlumat aldılar.Liseyin müəllimlərindən tarix müəllimi S.Allahyarovanın,dil - ədəbiyyat müəllimi İ.Cabbarovanın,riyaziyyat müəllimi G.Ramazanovanın,informatika müəllimi F.Abbasovanın ibtidai sinif müəllimləri M.Suleymanovanın,T.Məcidovanın,N.Xanaliyevanın dərslərindən böyük razılıq və məmunluq hissi ilə danışdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi