"Sabahın alimləri" müsabiqəsində 3 - cü olduq

Fevralın 14 – də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, şagirdlərin sonrakı inkişafında mühüm rol oynayan “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ilbəil artır.Ölkəmizdə “Sabahın alimləri” Respublika müsabiqəsinin 8 – ci dəfə keçirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, bu müddət ərzində müsabiqəyə 1500 nəfərədək şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya,mühəndislik,komputer elmləri üzrə 900 - ə yaxın layihə təqdim edib.”Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən biri də liseyimizin XA sinif şagirdi Kazımov Əlidir.O müsabiqəyə biologoya nominasiyası üzrə "Stres amillərinin təsiri ilə bioloji sistemlərdə induksiya olunan "effektlər" və onlardan istifadə perspektivləri"adlı layihəsilə qoşulmuşdu.Bu uğuru qazandığı üçün Əlinin elmi rəhbəri liseyimizin biologiya müəllimi G.Xəlilovaya,mütəxəssis alim kimi Əliyə dəstək vermiş L.Məmmədovaya liseyimiz adından təşəkkür edir, Əliyə isə daha yüksək müvəffəqiyyətlər arzu edirik.