Atəşgaha ekskursiya

Liseyimizin 5D sinif şagirdləri sinif rəhbəri G.Hüseynovanın təşkilatçılığı ilə tarixi məbəd olan atəşgaha ekskursiya ediblər.Şagirdlər bu qədimi məbəd haqqında bələdçi vasitətəsilə geniş məlumat əldə etmişlər.Atəşgahdakı hücrəyə girərək burada 26 otağın olması, otaqların girişindəki yazılar,26 qapı və qapıların üzərindəki 20 yazı ilə yaxından tanış olmuşlar, və bu yazının 19 – nun hindcə 1 –nin isə fars yazısı olduğunu öyrənmişlər.Atəşgahda 4 əsas qapı və bu qapıların su,hava,torpaq,alov şərəfinə tikilməsinin,Atəşgahın qədim məbəd olduğunun bir daha şahidi olublar.Şagirdlər həm də bu tarixi məbədin “Dövlət Tarixi Memarlıq” qoruğu kimi açıq səma altında muzey olduğu haqqında geniş məlumat əldə etmişlər.