Məntiq yenə qalib gəldi

05.02.2019 – cu il tarixdə Liseyimizdə dünya şöhrətli alim Lütfizadənin doğum günü münasibətilə “Brain Ring”keçirildi.Liseyin riyaziyyat müəllimləri R.Həsənlinin və F.Abbasovanın təşkilatçılığı ilə keçirilən yarışmada liseyin 5,6,7 sinif şagirdlərindən ibarət dörd komanda birincilik uğrunda mübarizə aparırdı"Dahilər","İntellekt","Zəkalar" və "Məntiq" komandalarından birinci raundda "Məntiq" və" İntellekt" komandaları finala keçdilər.Komandaların gərgin mübarizəsi onların sinif yoldaşları,müəllimləri tərəfindən böyük coşqu və həyəcan hissilə izləndi.Yüksək məntiqi cavabları və əsaslandırmaları ilə "Məntiq" komandası qalib gəldi. "Məntiq" in qalibiyyəti liseyimizin gələcək Lütfizadələrinin yetişəcəyinə inam yaratdı. Qaliblər diplom və kubokla təltif olundular.Yarışma şagirdlərimizin ifasında mahnıları və şən hazırcavablar klubumuzun çıxışları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi