Esse müsabiqəsinin qalibi

25.01.2019 – cu il tarixdə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə IX, X, XI sinif şagirdləri arasında təşkil olunmuş esse müsabiqəsinin mükafatlandırma mərhələsi oldu. Müsabiqəyə 3 istiqamət üzrə - “Nitqin formalaşmasında bədii ədəbiyyatın rolu”,”Yeni nəslin bədii ədəbiyyat zövqü” və “Dilimizi bəsitləşdirən nitqlərimiz” mövzularında yazılar təqdim olunub.Müsabiqədə 100 – dək məktəbdən 200 - ə qədər məktəbli iştirak edib.Münsiflər heyəti hər bir mövzu üzrə ən yaxşı üç esseni müəyyən ediblər.Qaliblərdən biri də liseyimizin XA sinif şagirdi Əlisoy Minayədir. O,müsabiqəyə "Nİtqin formalaşmasında bədii ədəbiyyatın rolu"mövzusunda yazdığı esse ilə qatılmışdı.Şagirdimizə sertifikat və hədiyyələr təqdim olunub.Şagirdimizi təbrik edir,uğurlar arzulayırıq.