29 illik Şəhidlik zirvəsi

21.01.2019 – cu il tarixdə liseyimizin akt zalında 20 Yanvar faciəsinin 29 – cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə 7,8,9 cu sinif şagirdləri fəal iştirak etdilər. Onlar 20 Yanvar faciəsi haqqında danışaraq həmin gecə keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilən vəhşiliklər haqqında məlumat verdilər.Şagirdlərin hazırladıqları səhnəciklər və sənədli film nümayiş olundu.Divar qəzetləri,referatlar 20 Yanvar faciəsinin 29 –cu ildönümünə həsr olunmuş guşələr hazırladılar. Liseyimizin şagirdləri vətənpərvərlik ruhunda olan şeir və musiqilərlə faciə qurbanlarını yad etdilər və bu faciənin xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olduğunu qeyd etdilər