Azadlığa aparan yol

20 Yanvar faciəsinin 29 – cu ildönümü liseyidə silsilə tədbirlərl' keçirildi. 07.01.2019 cu il tarixdən başlayaraq xüsusi dərs məşğələləri, konfranslar ,”dəyirmi masa”lar, inşa, şeir müsabiqələri keçirildi, sərgi və guşələr yaradıldı.16.01.2019 - cu il tarixdə liseyin tarix müəllimi M.Quliyev xüsusi dərs keçirdi. Dərsdə 20 Yanvar faciəsinin baş verməsi, bu dövrdə Azərbaycandakı siyasi vəziyyət,bu faciəni törədənlər barəsində şagirdlərlə maraqlı diskusiyalar araparıldı .Xalqın ağır,çətin sınaqları şərh olundu,faciənin qurbanları,azadlığa,müstəqilliyə gedən yolun başlanğıcı kimi şərəflə anıldı. Kitabxana müdiri S.Rzayeva təşkil etdiyi “dəyirmi masa”da şagirdlərlə maraqlı disskusiya apardı,şagirdlərin təqdimatları, bədii parçalar dinlənildi.Liseyin şagird və müəllim kollektivi Şəhidlər xiyabanını ziyarət etdilər,şəhid məzarlarına çiçək qoydular.