Müəllimimizi təbrik edirik

        Liseyimizin biologiya müəllimi Xəlilova Gülnarə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Maarif İşçisi” adına layiq görülmüşdür.2002 – 2003 cü illlərdə “Yaxşı fənn müəllimi” və “Pedaqoji mühazirələr” turunda  birinci və ikinci yerləri tutaraq Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Bir neçə dəfə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür. 2012- ci ildən “Sabahın alimləri” adlı respublika müsabiqəsində şagirdləri ikinci və üçüncü yerlərin qalibi olmuşdurlar.2014 – cü ildə X.Gülnarənin rəhbərliyi ilə həmin müsabiqədə iki şagird qalib gələrək ABŞ- ın Jas- Anceles şəhərində müsabiqənin davamı olaraq iştirak etmiş və sertifikatlar almışlar.Müəllimimiz  müxtəlif vaxtlarda bir çox müsabiqələrdə iştirak edərək sertifikatlar almışdır.Liseyimizin kollektivi adından Gülnarə müəllimi təbrik edir,ona daha böyük uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi