Həmrəyliyimiz əbədidir

28. 12. 2018 – ci il tarixdə liseyimizdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni il şənliyi keçirildi. Həmrəylik Gününün tarixindən, təsis olunmasından liseyin müəllimi T.Məcidova danışdı. Vidioçarxlar göstərildi.Şagirdlərimiz vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa etdilər.
Yeni ilin qarşılanması balaca məktəblilərin daha çox sevincinə səbəb oldu. Onların yolkaya, şaxta babaya, qışa həsr olunmuş mahnıları,rəqsləri, səhnəcikləri qonaqlara, şagird və müəllimlərə əsl bayram əhval -ruhiyyəsi bəxş etdi. Liseyimizin rus bölməsinin 5B sinif şagirdləri sinif rəhbəri G. Ramazanovanın təşkilatçılığı ilə hazırladıqları səhnəcik və şən hazırcavablar klubumuzun çıxışları tamaşaçılara hədsiz zövq verdi. Tədbir şagirdlərin rəngarəng mahnı və rəqslərilə yekunlaşdı.