M. Hüseynzadənin 100 illik yubileyi

            Noyabr – Dekabr aylarında Mehdi  Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Rəsm sərgisi, inşa müsabiqəsi, dəyirmi masa, “Uzaq sahillərdə” filminin nümayişi və müzakirəsi, bu mövzuda xüsusi dərslər  və s.təşkil olunmuşdur. Bu tədbirlərə 21.12.2018 – ci il tarixdə liseyimizin akt zalında “Azərbaycanın əfsanəvi partizanı” adlı ədəbi – bədii kompozisiya ilə yekun vuruldu. Liseyin Azərbaycan bölməsinin 8, 9, 10-cu sinif şagirdlərinin iştirakı ilə filmdən hazırlanmış səhnəciklər, mahnılar, şeirlər ifa olundu. Mixalyo obrazını rəssam kimi 10A sinif şagirdi Z. Qalib canlandırırdı. Karranti, Visilin, Şults kimi obrazlar da şagirdlərin dili danışdı.” Partizanlar” “Azərbaycan oğluyam” mahnıları ifa olundu.”Qəhrəmanlar ölmürlər” inşa müsabiqəsinin qalibi Ə. Minayə, Liseyin hərbi rəhbəri C.Carçiyev çıxış etdi. Sonda inşa, rəsm müsabiqəsinin qalibləri,tədbirlərdə fəal iştirak edənlər diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi