Şagirdlərimiz sərgidə

        “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsi Azərbaycanda ilk dəfə olaraq “Şirvanşahlar irsi dünya müzeylərində” adlı sərgi keçirir. Sərgidə Türkiyənin əsgəri müzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid maddi mədəniyyət nümunələri nümayiş olunur. Sərgini görmək üçün liseyimizin rəhbərliyi, 8ci sinif şagirdləri və sinif rəhbərləri “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğunda, və Şirvanşahlar sarayı kompleksində oldular. Şagirdlərimiz  XIV- XV əsrlər Şirvanşah Keyqubad və Şirvanşah Xəlilullaha məxsus zirehli geyimlərə, XV əsr Şah Fərrux Yasara məxsus dəbilqələrə, Unikal eksponatlara, Gürcüstan milli muzeyinin fondunda saxlanılan XII  - XIII əsrlərə aid maraqlı maddi  mədəniyyət nümunələrinə tamaşa etdilər. Sərgidə, həmçinin Metropoliton, Ermitaj və digər dünya muzeylərinin kolleksiyalarına daxil edilmiş Şirvanşahlar dövrünə aid eksponatların muzey sahəsində innovativ yenilik olaraq 3D holoqramlarla təqdimatının nümayişi şagird və müəllim heyətimizin hədsiz marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi