Xəzər sahillərindən Adriatik sahillərinə

19.12.2018 ci il tarixdə liseyimizin akt zalında H. Seyidbəyli və İ. Qasımovun eyni adlı povestinin ssenarisi əsasında çəkilmiş “Uzaq sahillərdə” filmi nümayiş olundu. Filmi liseyin 9,10,11 – ci sinif şagirdləri izlədilər. Filmin nümayişindən sonra müzakirələr aparıldı. Filmi böyük maraqla izləyən şagirdlər suallara ətraflı və məntiqi cavablar verdilər. 9A sinif şagirdi Ə. İzafət Mehdi Hüseynzadəni Mübariz İbrahimovla müqayisə edərək bildirdi ki, onların döyüş yolu, mübarizə əzmi, vətən sevgisi bir – birinə bənzəyir. Liseyin hərbi rəhbəri, dil - Ədəbiyyat, tarix müəllimləri,kitabxana müdirinin verdiyi suallarla film geniş təhlil olundu.