Ruhun şad olsun Ulu Öndər

      12.12.2018 – də liseydə Ümummilli liderimiz H.Əliyevin vəfatının 15 – ci ildönümü anıldı. İlk dərslərimizdə ulu öndərin xatirəsi yad edildi,şagirdlərin şeir və təqdimatları dinlənildi. Liseyimizin akt zalında “Ruhun şad olsun,Ulu Öndər”adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbirdə H.Əliyevin həyat və fəaliyyətini əks etdirən vidiosüjetlər göstərildi,xatirəsinə ithaf olunmuş şeirlər, nəğmələr, ifa olundu.”H.Əliyev və onun ordu sahəsində siyasəti”mövzusunda təqdimatı ilə liseyin hərbi rəhbəri Cəlal Carçıyev çıxış etdi.Tədbir liseyin direktoru A.Hacıyevanın “əbədilik və ölməzlik rəmzinə çevrilən ümumilli liderin irsinin şagirdlərə təbliğ olunmasının vacibliyi və daimiliyi” haqqında çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi