Heydər Əliyev irsi öyrənilir

           Ümummilli liderimiz,ulu öndər H.Əliyevin anım günü liseyimizdə yad edilir,bir sıra dərslərimiz onun irsinin öyrənilməsi, həyat və fəaliyyətinin şagirdlərə təbliği ilə keçirilir.Tarix, Ana dili, ədəbiyyat dərslərimizdə bu həftədən başlayaraq bu mövzuda vidioçarxlar,slaydlar göstərilir,təqdimatlar, diskussiyalar təşkil olunur. 10.12.2018 -ci il tarixdə 9A sinifində  liseyin tarix müəllimi G.Abidi Azərbaycan tarixi dərsini Heydər Əliyev siyasəti, fəaliyyəti, Azərbaycançılıq məfkurəsi,xalqımızın həyatında imza atdığı mühüm tarixi layihələr və s. məsələlərə həsr etdi.Şagirdlərin təqdimatı,göstərilən slaydlar və vidioçarxlar onların H.Əliyev irsinə sonsuz marağının nəticəsi idi.

    10.12.2018 – ci il 6A sinifində ədəbiyyat dərsində M.Namazın” Hamımızın günəşi” əsərinin müzakirəsini, təhlilini əhatə edən diskussiya aparıldı .Əsərdə balaca Fidanın festivalda H.Əliyevi günəşə,bahara bənzətməsi ulu öndərin əbədilik, ölməzlik rəmzinə çevrilməsi bədii təsvir və ifadə vasitələrilə çox gözəl şərh olundu. 12.12.2018 –ci ildə liseyin tarix müəllimi M. Quliyevin rus bölməsinin 7B sinifində tarix dərsi H.Əliyevin Azərbaycan xalqının həyatında mühüm  tarixi fəaliyyətinə həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi