Qəhrəmanlarımızı tanıyaq və tanıdaq

        Baki Şəhəri Təhsil İdarəsinin 30 iyul 2018 –ci il tarixli F-251 nömrəli əmrilə təsdiq edilmiş tədbirlər plana əsasən M.Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı  silsilə tədbirlər  keçirilir.Liseyimizdə sərgi və guşələr,inşa müsabiqəsi ,bilik yarışları təşkil olunur. 06.12.2018 tarixdə liseyin tarix müəllimi S.Allahyarovanın təşkilatçılığı ilə 7 və 8 –ci siniflər arasında “Qəhrəmanlarımızı taniyaq,tanıdaq”adlı bilik yarışi keçirildi. Əvvəlcə  şagirdlərin çıxışlarında M.Hüseynzadənin keşməkeşli həyat yolu , mübarizə tarixinin şanlı səhifələri vərəqləndi.Daha sonra iki sinfin uşaqları 4 komandada birləşərək yarışa başladılar .Komandalara verilən adlar qəhrəmanlıq tarixini əks etdirirdi:”Mixaylo” ,”Partizanlar”,”Xarqo”,Kəşfiyyatçılar” adları şagirdlərə çox anlayışları dərk etdirdi.Verilən suallar və cavablar qəhrəmanlıq tariximizi əks etdirməklə yanaşı ,onların məntiqi təfəkkürünü ,tez və düzgün cavablar verməsini,sağlam rəqabət qabiliyyətlərini göstərdi.”Partizanlar” komandası suallara daha ətraflı ,tez və dəqiq cavab verərək öndə oldular .Qalib komandaya diplom və tarixi kitablar hədiyyə olundu .Digər iştirakçılar da fəal iştirakçı diplomuna layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi