Qaliblərimizi təbrik edirik

        Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə razılığına əsasən, cari ilin oktyabr- noyabr ayında 5 nominasiya (“ Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza xilasetmə texnikasının modeli” ," Yumşaq oyuncaq”) üzrə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcıllıq müsabiqəsinin Bakı zona mərhələsi başa çatmışdır. Müsabiqənin məktəb mərhələsində nümayiş etdirilən ən yaxşı nümunələr Bakı şəhəri Nəsimi rayonu 46 nömrəli məktəbdə təşkil olunmuş zona mərhələsi sərgisinə təqdim olunmuşdu. Liseyimizin 4B sinif şagirdləri Pənahova Məryəm Cümşüd qızı əl işi nominasiyası üzrə, Ağayeva Mədinə Nazim qızı rəsm nominasiyası üzrə zona mərhələsində qalib olmuşlar. Hər iki şagirdimizi təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi