Qalib şagirdlərimiz

Liseyimizin şagirdləri hər zaman uğurları ilə bizi sevindirir. Müxtəlif yarışma və müsabiqələrdə qalib olub, diplom, təşəkkürnamələrə layiq görülürlər. 04. 11. 2018 –ci il tarixdə liseyin 8A sinif şagirdi Nuhov Zahid Abid oğlu Türkiyənin Çayeli vilayətində keçirilən futbol yarışmasında iştirak etmiş və Çayeli Gənclik Spor İlçə Müdirliyi tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür. Şən və hazırcavablar klubunun məktəblilər arasında keçirilən yarışmasında liseyimizin 6B sinifinin bir qrup şagirdi qalib olmuş, 2-ci yer tutaraq kubok və diploma layiq görülmüşdür. Liseyimizin bir qrup 7 və 8 – ci sinif şagirdləri Nəsimi rayonu üzrə İdman idarəsi tərəfindən keçirilən 7 və 9 – cu siniflər üzrə qızlar arasında keçirilən voleybol yarışmasında 3-cü yerə layiq görülmüşdür. Qalib olan şagirdlərimizi təbrik edirik.