"Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"nin keçirilməsi barədə

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən liseyimizdə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilib. Liseydə rayon mərhələsinə təqdim olunacaq komandanı müəyyən etmək üçün müsabiqə təşkil olunmuşdur. Müsabiqədə 5 komanda iştirak edib. Hər komanda 3 nəfərdən (VIII-IX- X siniflərdə) ibarət olub. Komandaya birinci mərhələdə test tapşırıqları, ikinci mərhələdə məsələ həlli, üçüncü mərhələdə praktik tapşırıqlar verilmişdir. Yekun olaraq münsiflər heyətinin rəyinə əsasən "Elektron" komandasının üzvləri liseyi təmsil etmək hüququ qazanmışdır. Komandamıza uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi