Konstitusiya gününə aid dərslərimiz

        12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar liseydə xüsusi dərslər keçirildi. 8 A sinifində S. Allahyarovanın keçirdiyi tarix dərsində konstitusiyamızın tarixi, bu günə kimi gəldiyi tarixi yol, edilən dəyişiklər, ayrı – ayrı bölmələri, maddələri ətraflı şərh olundu. Slaydlar, videoçarxlar göstərildi, müzakirələr, debatlar aparıldı. Şagirdlərin təqdimatlarında uşaq hüquqlarından danışıldı.Dərsdə 1995 – ci ildən bu günə qədər Konstitusiyaya edilən dəyişiklər, konstitusiyanın maddələrində şagirdlər üçün vacib olan bəndlər, insan hüquqlarına həsr olunmuş slaydlar göstərildi, və müzakirələr oldu. Şagirdlərin təhsil hüquqi ilə bağlı fikirləri dinlənildi, həmçinin 2001 – ci ilin yanvar ayının 25 – də Avropa Şurasına üzv olduqdan sonra insan hüquqları ilə bağlı qəbul edilən qanunlar haqqında da fikirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi