Mənim hüquqlarım

        16 Noyabr 2018 – ci il tarixdə liseyimizdə uşaq hüquqları ilə bağlı tədbirlər keçirildi. Kitabxana müdiri S. Rzayeva liseyin kitabxanasında şagirdlərlə “ dəyirmi masa” keçirdi. Uşaq Hüquqları Konvensiyasının qəbulu, 54 bölmədən ibarət olmasını ,uşaqların sosial, iqtisadi, mədəni, hətta siyasi hüquqlara malik olmasını, 4 kateqoriya üzrə: inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqlarını şagirdlər ətraflı şərh etdilər, maraqlı diskusiya, fərqli fikir və mülahizələr meydana cıxdı. Liseyin tarix müəllimi M. Quliyev rus bölməsinin şagirdləri ilə uşaq hüquqları ilə əlaqədar xüsusi dərs keçirdi. Dərsdə müxtəlif slaydlar, videoroliklər göstərildi, sorğu və müzakirələr aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi