Konstitusiya günü keçirildi

            Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K. Kərimov adına 8 nömrəli tam orta məktəbdə “12 Noyabr – Konstitusiya günü” münasibəti ilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Konstitusiya mövcüd dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai siyasi hadisədir. Azərbaycan xalqı 18 oktyabr 1991 – ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra öz Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevi sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995 – ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Daha sonra tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı – ayrı sahələr – müdafiə, hüquq mühafizə orqanları, daxili və xarici siyasət, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sahələr üzrə Konstitusiyamızın qəbulundan sonra, xüsusi ilə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər referat – müşavirə formatında tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə liseyimizin 10A sinif şagirdi Kazımov Əli Təhsil Nazirliyinin nümayəndəsi kimi çıxış etdi. Konstitusiyanın qəbulundan keçən 23 il ərzində təhsilimizin qazandığı uğurlardan,nailiyyətlərimizdən danışdı. Dövlətçiliyimizi Azərbaycançılığımızı prioritet götürərək müasir dünya təhsilinə inteqrasiya,qazandığımız yüksək təhsil uğurları, Cocuq Mərcanlıda fəaliyyətə başlayan məktəblərimiz Azərbaycan təhsilinin daim öndə olduğunu sübut edir. Tədbirdə fəal iştirak edən bir qrup məktəbli fəxri fərmanla təltif edildi. Tədbirdə fəal iştirak edən bir qrup məktəbli fəxri fərmanla təltif edildi. Tədbir bayram konserti ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi